“Baku TV”dən Mələk Heydərova ilə bağlı açıqlama: “Buna reaksiya verməyə bilməzdik”
“Baku TV”nin rəhbəri Orxan Məmmədov sosial şəbəkədə aparıcı-aktrisa Mələk Heydərovanın karantin qaydalarını pozaraq “Fairmont Baku” otelində istirahət etməsi və onun işdən çıxarılmasından yazıb.
Musavat.com xəbər verir ki, o, M.Heydərovanın işdən çıxarılmasını təsdiq edib və aparıcıya uğurlar arzulayıb:
“Dünən yüzlərlə insan məni paylaşımlara “taq”elədi. Qısaca olaraq açıqlama verim. Əməkdaşımız məzuniyyətdə olub və gedib istirahət edib. Bizim hər hansı bir əməkdaşımızın məzuniyyətdə olarkən ona qadağalar qoymağa ixtiyarımız yoxdur.

Amma kim olursa, olsun, əziyyətlə qaldırdığımız “BAKU TV”nin imicinə xələl yetirirsə və ən əsası dövlətimin qoyduğu qanunu pozursa, buna reaksiya verməyə bilməzdik. Mələk yaxşı işçi idi, ona uğurlar arzu edirəm”.

Mələk Heyədərova isə Musavat.com-a açıqlamasında bildirib ki, işdən çıxarılması barədə danışmaq istəmir.
Könül İbrahim
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Peyvənd vurdurmaq istəyən jurnalistlərin nəzərinə!
Space TV-də dava - "Tərbiyəsiz, belələrinin ailəsi..." (VİDEO)
“DNT testindən sonra başımı qırxıb, içəri basacaqlar” - Video
Vüsalə Mahirqızı yeni sayt açdı
MTRŞ üç milyon manatı bu kanallar arasında böləcək – SİYAHI