"Baku Electronics"lə bağlı məhkəmə işi
“Baku Electronics” MMC barədə inzibati protokol tərtib edilib.
Minval.info Unikal.org-a istinadən xəbər verir ki, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sertifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirilir.
İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026