"Bakmil" stansiyasındakı məhdudiyyət götürülür
Sabahdan “Bakmil” stansiyasında məhdudiyyət müvəqqəti götürülür.
“Bakı Metropoliteni” QSC-dən “minval.info”ya bildirilib ki, təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.
“Təmir işlərinin xarakteri nəzərə alınaraq yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin maraq və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək”, – məlumatda bildirilib.
Yaxın günlər ərzində sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?