"Bakmil" stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək
“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Bakmil” stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək. Təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.
Bu barədə “minval.İnfo”ya qurumdan məlumat verilib. Məlumatda deyilir ki, sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.
Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı avqust ayının 8-dən, müvəqqəti, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.
Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən – avqust ayının 20-dən tətbiq ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!