Bakının bu günü: həyat donub, səs-səmir yoxdur
Paytaxt sükuta qərq olub, qorxu filmlərindəki kabus şəhərlərə dönüb: nə bir səs-səmir var, nə ins-cins gözə dəyir. Gecə saat 3-4-də belə maşınların şütüdüyü yollar və küçələr bom-boşdur.
İnsanlar evlərinə çəkilib, sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət edirlər.
Koronavirus pandemiyasından az itki ilə qurtulmağın yeganə yolu budur.
Belə baxanda çətin deyil, hər kəs özünü iki günlüyə evə qapamaqla virus epidemiyası zəncirinin qırılmasına töhfə verə bilərsə, nədən olmasın?
İki gün elə də böyük müddət deyil, 40 saatdan sonra hər şey qaydasına düşəcək. Yenə mağazalar, fabrik-zavodlar, müəssisələr, təşkilatlar işləyəcək, yenə yollarda maşınlar şütüyəcək, səkidə insanlar dolub-daşacaq.
Bu şəkillər şəhərin müxtəlif yerlərindəki binaların eyvanından çəkilib.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Musavat.com













Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026