Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirildi
Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.
Bu barədə Minval.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda xatırladılıb ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 – 5 maydakı yaz tətilinin 24 – 30 aprelə keçirilməsi, 5 – 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin diaqnostik qiymətləndirilməsi yenidən keçiriləcək
Müəllimlərin işə qəbulu: Müsahibə nəticələri açıqlandı
Bərdə təhsil sektorunun müdiri 19 gün sonra atasını itirdi
MİQ üzrə 1467 namizəd iş imkanı qazandı
Peşə təhsilinə qəbulda 8791 nəfər uğur qazandı
Ali təhsil müəssisələrində 1393 plan yeri boş qalıb
İmtahanlara PİSA tipli tapşırıqlar gəlir