Bakıdan gedən futbolçu sevgilisi ilə 3 gün aeroportda yatdı - FOTOLAR
“Azərbaycan inanılmaz ölkədi. Təklif olsa, yenidən Azərbaycanda oynayaram”.
Fanat.Az xəbər verir ki, bu sözləri 2019/20 mövsümünün sonunda “Zirə”dən ayrılan Alvaro Ampuero deyib.Perulu müdafiəçi ölkəmizdən qayıdarkən başına gələnlərdən danışıb: “Qayıtmağa bir yol tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum”.
Alvaro Ampuero ölkəmizdəki həyat tərzi ilə bağlı da fikirlərini bildirib: “Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdu. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Sonradan onu çox bezdirməməyə çalışırdım (gülür). Dilləri çox qəlizdi. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim. Ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə bunu görəndə təəccübləndim. Əgər əyləncə vaxtı namazla üst-üstə düşürsə, bunu elə oradaca edirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO



