Bakıda yük maşını körpüdən aşdı - FOTO - VİDEO
Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü



