Bakıda yol polisindən insani davranış: Azyaşlı uşaqlar qəzaya düşərsə... (Video)
Bakıda yol polisi fərqli addımı ilə diqqət mərkəzinə düşüb. O, davranışı ilə bir çoxlarının rəğbətini qazanıb.
Minval.info xəbər verir ki, qəzaya düşən şəxslərin avtomobilində azyaşlı olarsa, bu zaman asayiş keşikçisi onlara xüsusi nəvaziş göstərir. Belə ki, o, daim xidməti maşınının baqajında oyuncaqlar saxlayır. Qəza zamanı uşaqları həyəcan və qorxu hissindən yayındırmaq üçün bu oyuncaqlarla onların başını qatır.
“Space” Tv-də aparıcı olan Amil Xəlil sözügedən polis barədə məlumat verib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Bəzən belə də polislərimiz var. İnanmayacaqsız, amma həqiqətən də bu adam işini sevir. Adı Fəriddir. Cənub bölgəsindəndir. Bakıda xidmət aparır. 99 YP 248 nömrəli avtomobil ilə… Bu adamın idarə etdiyi avtomobilin baqaj hissəsində uşaq oyuncaqları olur. Bir qəza olan zaman əgər hadisə yerinə o gələcəksə, qəza keçirən avtomobildə uşaq varsa, dərhal oyuncaqlardan birini həmin uşaqa verər ki, o, həyəcan və qorxu keçirməsin. Fərid haqqında məlumatım olsa da, əlimdə sübut yox idi. Dostlarımızdan biri onu qeydə alıb. Binəqədidə avtomobil idarə edənlər bəlkə də tanıyır bu oğlanı. Allah ömür versin. Bu cür polislərə çox ehtiyacımız var… Həm də çox…” – Amil Xəlil bildirib.
Onun sözlərinə görə, görüntünü çəkən də məhz oxşar hadisə zamanı ərazidə olan sürücüdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar