Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib - Video
Nəsimi Rayon DYPŞ-nin əməkdaşları rayon ərazisində qayda pozan 20-dən çox sürücü aşkarlayıb.
Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları Cavadxan küçəsində avtomobilində konstruktiv dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən, avtoxuliqanlıq edən sürücülərə qarşı reyd keçirib. Dəyişikliklər əsasən “Niva” markalı avtomobillərdə aşkar olunub. Bununla belə, bütün yol hərəkəti qaydalarını pozan bütün sürücülər inzbati məsuliyyətə cəlb edilib.
Keçirilən tədbir zamanı polisin qanuni “Saxla” əmrinə tabe olmayan avtomobil sahibinə də rast gəlinib. Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyev APA-ya verdiyi müsahibədə bildirib ki, təkcə bir gün ərzində 18 avtomobil cərimə meydançasına yerləşdirilib. Həmin avtomobil sahiblərinin əksəriyyəti sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və avtomobillərdə konstruktiv dəyişikliklərə yol verdiyinə polis tərəfindən saxlanılıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Bu cür tədbirlər Nəsimi Rayon DYPŞ tərəfindən davam etdirələcək.
https://youtu.be/YyDzqRAd5Z0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var