Bakıda yeznə qaynını məhkəmənin qarşısında çəkiclə öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.“Ölkə.Az” xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Növbəti proses yanvar ayının 31-nə təyin olunub.
Xatırladaq ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.
İttihama görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib və Bakıda yeznəsi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Buna görə onların arasında mübahisə düşüb, iş məhkəməyə verilib. Binəqədi rayon məhkəməsinin qarşısında E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə M.Quliyevə daha 9 zərbə endirib. Xəstəxanaya yerləşdirilən M.Quliyev orada ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu