14.08.2026 - 21:13
Kriminal 17 baxış

Bakıda yaşıllıqlara ziyan: Qanunsuz kəsilən ağaclar və 39 min manatlıq cərimə təhlükəsi

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ciddi ziyan dəyib. Bu hadisə nəticəsində təbiətə 39 min 240 manat məbləğində ziyan vurulub.

Minval.info xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində bu fakt təsdiqlənib. Təbiətə vurulan ziyanın miqyası cinayət tərkibi yaratdığından, məsələ hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunmaq üçün hazırlanır.

Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə, torpaq sahəsinin sahibi Yusif Xudaverdiyev haqqında akt və protokol tərtib edilib, qanun çərçivəsində tədbirlər görülüb. Götürülmüş ağacların yerində yeni tinglərin əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və ərazidə layihələndirmə işləri aparılacağı halda ərazinin yaşıllıq sahəsi kimi nəzərə alınması üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: