Bakıda yaşıllıqlara 81 min manat ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində aparılan nəzarət tədbirləri nəticəsində Bakı, Gəncə şəhərləri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar edilib.
Minval.info xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi və 7-ci mikrorayon, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 81 820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi