Bakıda "yəhudi" Maskası altında dələduzluq: KazımAbbasovun sirli keçmişi və qurbanları ortaya çıxır
Son günlərdə Bakıda özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi tanıdan və “David Seliverstov” adı ilə tanınan şəxsin fəaliyyəti ölkə mediasında geniş müzakirə olunur. Əslində Kazım Abbasov olduğu iddia edilən bu şəxsin bir çox insanı aldatdığı bildirilir.
Minval.info xəbər verir ki, müxtəlif adlar altında iş adamlarından, hüquq müdafiəçilərindən və zəngin qadınlardan pul alaraq mənimsəyən “David Seliverstov”un qurbanları arasında bir deputatın da adı çəkilir. İş qurmaq və ya işə düzəltmək vədi ilə bir çox insana borcu olduğu iddia edilir. Pulunu geri tələb edən şəxslərin isə hədələndiyi və rədd cavabı aldığı bildirilir.
Bu məsələnin mediaya çıxmasının səbəbi isə Kazım Abbasovun Bakıda bir nəfərdən 100 min manat alması və bu pulu iş qurmaq üçün istifadə edəcəyini deməsidir. Lakin nəticə əldə olunmadıqda, pulu verən şəxs məsələni ictimailəşdirmək üçün kömək axtarıb və beləliklə, mövzu böyüyərək mediaya sızıb.
ƏLAQƏLİ
Qubada əməliyyat: 7 kiloqram marixuana və avtomatla silahlanmış şəxslər saxlanıldı
“David Seliverstov”un professor Qəzənfər Paşayevin kürəkəni olduğu və onun qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşı olduğu deyilir. İddialara görə, Kazım Abbasov Təranə Paşayevanın 500 min manatını mənimsəyib. Həmçinin, bir neçə zəngin qadının da pulunu ələ keçirdiyi bildirilir.
Bu hadisə ilə bağlı bir çox suallar ortaya çıxır: Kazım Abbasov necə “David Seliverstov”a çevrilib? Onun sənədlərindəki ad-soyadı necə yazılıb? Milliyyətini yəhudi kimi göstərməsi necə diqqət çəkməyib? Rəsmi qurumlar bu yalanın fərqində olmayıb?
Məlumata görə, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və ona dələduzluq ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən ona saxta sənədlərdən istifadə etmə ittihamı ilə cinayət işi açılıb və 2 il müddətinə azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub. Hazırda onun Gürcüstanda olduğu bildirilir.
ƏLAQƏLİ
Hacıqabulda ailə dramı: Sərxoş kürəkənin aqressiyası qayınataya çomaq çəkdirdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: