08.04.2019 - 14:38
Hadisə 21 baxış

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Minval.info” verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: