Bakıda vəziyyəti ağır olan koronaviruslu xəstələr... - Video
Bakıda koronavirusa yoluxmuş və hazırda vəziyyəti ağır olan xəstələrin müalicə olunduğu tibb müəssisəsindən reportaj hazırlanıb.
“Qafqazinfo”nun İctimai televiziyaya istinadən verdiyi xəbərə görə, həmin xəstəxananın reanimasiya şöbəsində 5 xəstə var. Çəkiliş zamanı 61 yaşlı xəstənin vəziyyəti ağırlaşdığı üçün o da reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi bildirib ki, insanlar belə ağır vəziyyətə düşməmək üçün sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər:
“Təəssüf ki, bəzi insanlar belə bir xəstəliyin olduğuna inanmırlar. Evdə oturmaq çətin deyil, amma burada reanimasiyada olmaq, xəstə olmaq, boğulmaq çox çətindir”.
Xəstələrdən biri, Gəncə sakini Mirhüseyn Məmmədov koronavirusa yoluxduqdan sonra ilkin əlamətləri necə hiss etdiyini deyib: “İki gün yeriyəndə halsız olurdum. Sonra temperaturum 37,2-37,3 dərəcə olub. Fikirləşdim yəqin keçib gedər”.
https://www.youtube.com/watch?v=S8uqvDmxB7Q&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?