Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
Son bir həftə ərzində Bakıda və müxtəlif bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz ağackəsmə faktları aşkarlanıb.
Minval.info xəbər verir ki, Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi halları müəyyən edilib. Bu qanunsuz fəaliyyət nəticəsində ümumilikdə 227 min 850 manat dəyərində ziyan vurulub.
Araşdırmalar zamanı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sabirabadın Muğanlı kəndi, Xaçmazın Qaradağlı kəndi, Şamaxının Günəşli kəndi, İsmayıllının Kürdmaşı kəndi və Şabran rayonu ərazisindən keçən magistral yolların kənarında ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələ hüquq-mühafizə orqanlarına təqdim edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid övladları üçün əyləncəli tədbir keçirilib
Aytən Səfərova Zığdakı antisanitar vəziyyətə etiraz etdi
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı