Bakıda uşaqlara hədiyyələr paylanıldı - Səbəb (Fotolar)
Bu gün bir çox müsəlman ölkələrində İslam peyğəmbəri Həzrəti Məhəmmədin dünyaya göz açması münasibətilə bayram günü qeyd edilir. Bununla əlaqədar Bakıda bir qrup gənc uşaqlara hədiyyə paylayıb.
Minval.info xəbər verir ki, onlar əvvəlcə Bakının Mərdəkan qəsəbəsində yerləşən əqli məhdudiyyətli uşaqlar evinə ziyarətə yola düşüb. İnanclılar azyaşlılara sovqat hədiyyə edib və uşaqlarla xoş vaxt keçirərək onlarla xatirə şəkilləri çəkdirib.
Ardınca gənclər “Azadlıq” metrostansiyası yaxınlığında azyaşlıları sevindirib. Onlar uşaqlara şirniyyatlar və şirələr hədiyyə edərək bu addımı Hz. Məhəmmədin doğum günü münasibətilə atdıqlarını söyləyib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qeyd edək ki, dünya müsəlmanları bu gün münasibətilə təntənəli bayram keçirirlər. Eyni zamanda ehtiyaclı ailələrlə görüşlər keçirilir və onlara hədiyyələr verilir. Həmçinin İslam peyğəmbərinin dünyaya gəlməsi münasibətilə xeyriyyə işləri görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar







