Bakıda tikinti gedən binada yaşayış var (FOTOLAR)
Sosial şəbəkədə yayılan foto izləyicilərin marağına və təəccübünə səbəb olub.
Minval.info bizimyol.info-ya istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbində tikilən binalardan birindən çəkilən qeyri-adi görüntü diqqət mərkəzinə düşüb.
Hələ yarı tikilmiş binada tikinti işlərinin davam etməsi ilə yanaşı, orada olan mənzillərdən birində yaşayışın olduğu aydın görünür.
Bu qeyri-adi hal kimi nə qədər maraqlı olsa da, insan həyatının risqə atılması baxımından bir o qədər də təhlükəlidir. Normal düşüncə sahibi bu şəraitni, yəni tikintisi davam edən binada yaşayışın həyat üçün nə qədər təhlükəli olduğunu anlaya bilər. Bunu çoxmərtəbəli bina tikən insanlar bilməmiş olmazlar.
Görünür, binanın tikintisini aparan şirkət hansısa səbəbdən bu mənzərə ilə qarşılaşmaq məcburiyyətdə qalıb.
Tikintini aparan şirkət barədə məlumat verilməyib.

ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026