Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı enib - FAKTİKİ HAVA
Fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb, bəzi şimal və şərq rayonlarında intensiv və güclü olub, güclü qərb küləyi əsib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Musavat.com-a verilən məlumata görə, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü: Xınalıqda 50 sm, Sarıbaş (Qax), Ağdərədə 45 sm, Qrızda 42 sm, Qəbələdə 38 sm, Şahdağda 37 sm, İsmayıllıda 32 sm, Altıağacda 28 sm, Oğuz, Lerikdə 26 sm, Xaltanda 20 sm, Qusar, Yardımlıda 16 sm, Daşkəsən, Qubada 15 sm, Gədəbəydə 14 sm, Göyçayda 12 sm, Zaqatalada 11 sm, Ordubad, Göygöl, Tərtərdə 5 sm, Şahbuz, Astarada 4 sm, Şabranda 3 sm, Sədərəkdə 1 sm olub.
Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Sumqayıtda 34 m/s, Bakıda 32 m/s, Pirallahı, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adasında 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.8 metrə çatıb.
Naftalanda 32 m/s, Neftçalada 30 m/s, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 m/s-dək güclənib.
Temperatur: Fevralın 9-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı enib. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2 dərəcə şaxta, aran rayonlarında 2-5, dağlıq rayonlarda 10-16, yüksək dağlıq ərazilərdə 19-24, Naxçıvan MR-da 6-13 dərəcə şaxta olub.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Adnan Əhmədzadəyə yeni vəzifə verildi
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
Türkiyənin nümayəndə heyəti Bakıya səfər edib
Gündə 3 dəfə bu qarışımdan yeyin - XƏRÇƏNGİN qarşısını alır
Əhalinin artan narahatlığı - Dollar yenidən bahalaşacaq?
Bakıda həkim barəsində cinayət işi başlanılıb - FOTO
Bakıda ağaclara qənim kəsilənlər kimlərdir? - VİDEO