Bakıda tarixi bina boşaldıldı, İH-in isə xəbəri yoxdur - Foto
Bakının mərkəzində yerləşən Məhəmməd Əmin Rəsulzadə küçəsi 8-10 ünvanındakı Azərbaycan kinoteatrı ilə yanaşı yerləşən tarixi bina boşaldılıb.
Axar.az-ın məlumatına görə, artıq bir müddətdir binanın birinci qatında fəaliyyət göstərən restoranlar və geyim mağazası fəaliyyətini dayandıraraq başqa ünvana köçüb.
İkimərtəbəli tarixi binanın üst qatında yaşayış evləri yerləşirdi. Vəziyyətlə əlaqədar yaşayanların da binadan çıxdığı deyilir.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Gecələr şəhərin bütün binaları işıqlandırılsa da, sözügedən binanın ancaq fasadı işıqlandırılır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın hansı səbəbdən boşaldılması haqda məlumatlı deyillər:
“Binanı kim və hansı səbəbdən boşaldıb, məlumatımız yoxdur. Səbəbləri və bina ilə bağlı atılacaq adımla bağlı məlumat veriləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?