Bakıda qohumunun evini qarət edən şəxsin məhkəməsi başladı - "Oğru evdə araq içirdi"
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama münasibət bildirən A.Muxtarov özünü qismən təqsirli bilib və qeyd edib ki, evə basqın edərkən əlində silah olmayıb.
Prosesdə ifadə verən zərərçəkmiş İlkin Əsgərov bildirib ki, qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib: “Gəlib gördüm ki, 800 manatdan çox pul və əşyalar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib”.
Digər zərərçəkmiş Aysel Mustafayeva isə qeyd edib ki, təqsirləndirilən şəxs qohumudur: “Evində müzakirə ediblər ki, bizim evdə pul var. Çünki mənim atam zərgər olub. Hadisə günü evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir. Biz həyətə girəndə qaçdı. Evdən ümumilikdə 1500 manata yaxın pul və əşyalar aparıb”.
İclas oktyabrın 10-da davam edəcək.
İttihama görə, ötən il dekabrın 26-da Bakının Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb.
Hadisəni törədən Aydın Muxtarov həbs edilib.
ƏLAQƏLİ
Qərbi Azərbaycan tv-nin üç illik uğur hekayəsi: Milli yaddaşın qoruyucusu necə formalaşdı?
Trend
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu
