Bakıda qoçular yolun ortasında adam döyür - REAL VİDEO
Aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) dava edən şəxslərin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. 99-KH-411 dövlət nömrə nişanlı taksidən düşən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər. Görüntülərdən aydın olur ki, döyülən şəxs təkdir. Onu üç nəfər yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.
Onu döydükdən sonra həmin taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.
Hələlik hadisənin səbəbi bilinmir. Bu barədə Avtosfer.az-ın əməkdaşı DİN-in 102 zəng mərkəzinə məlumat verib. Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.
https://www.youtube.com/watch?v=snJsWCjWobc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
