Bakıda qız qaçıran gənc 10 gün həbs edildi
Bakının Sabunçu rayonunda qeyri-adi bir hadisə baş verib. 23 yaşlı Rüstəm Həbibov, tanış olduğu bir qızı qaçıraraq günlərlə avtomobildə gecələyib. Hadisə nəticəsində Rüstəm polis tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, Maştağa qəsəbəsində baş verən hadisə zamanı Rüstəm Həbibovun idarə etdiyi “Khazar” markalı avtomobil bir neçə digər maşına zərər yetirib. Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qızı qaçırıb və həmin müddətdə avtomobildə yaşayıblar.
Qızın anası polisə müraciət edərək övladının tapılması üçün yardım istəyib. Bu müddətdə qızın anasının rəfiqəsi də axtarışlara qoşulub və məsələni həll etmək üçün Rüstəmi görüşə dəvət edib. Lakin Rüstəm görüş yerində polis maşınını görərək avtomobili sürətlə idarə edərək qaçmağa çalışıb və nəticədə qəza baş verib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rüstəm Həbibov barəsində inzibati protokol tərtib edilərək 10 sutkalıq inzibati həbs cəzası verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi