Bakıda qaz borusuna çırpılan avtomobil belə partladı (VİDEO)
Yasamal rayonunda yeni tikilən binaların birinin önündə gecə saatlarında qorxudolu anlar yaşanıb.
Minval.info-nun xəbərinə görə, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, qaz borusuna çırpılan “Hyundai” markalı avtomobil dayanacaqda dayanan digər avtomobilin üstünə çıxıb. Nəticədə “Hyundai”dən partlayış səsləri gəlməyə başlayıb.
Bina sakinlərinin sözlərinə görə, hadisəyə dayanacaqdakı işçi səbəb olub. Belə ki, “Hyundai”n sahibi avtomobilini “park” etməsi üçün dayanacaqdakı şəxslərdən birinə açarı verib. İçkili olduğu iddia edilən həmin şəxs avtomobili işə salarkən idarəetməni itirib və qaz borusuna çırpılıb. Nəticədə sözüegən hadisə baş verib.
Binaya verilən qaz xəttinin təcili kəsilməsi isə baş verə biləcək faciənin qarşısını alıb.
Minval.info
https://www.youtube.com/watch?v=4xfA608Mqe0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü