Bakıda qar yağacaq - XƏBƏRDARLIQ
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
“Minval.info” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə yaydığı xəbərdarlığa görə, fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.
Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub
Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub
“Relax”a istirahətə gedən 40 nəfər saxlanıldı - VİDEO
Çəmənliyə xalça sərdirən icra başçısı kimdir? - FOTO
Sənaye tullantılarından baxın nə hazırlanacaq? - AZƏRBAYCANDA
Rusiyada azərbaycanlı direktor həbs olundu - VİDEO