Bakıda qadınların əl çantalarını soyan oğru saxlanıldı
Paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə zərərçəkən Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə məlumat verib.
Daxili İşlər Nazirliyindən “Minval.info”-ya verilən məlumata görə, qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.
Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Nəsimi rayonu ərazisində daha bir qadına qarşı soyğunçuluq etdiyi və zərərçəkənin içərisində 80 manat olan çantasını əlindən aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları Ş.Heydərovun digər analoji cinayətlər törətdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsi, həmçinin, 21-ci Polis Bölməsinə məlumat verə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ağılsızlıqdan” – Saxta pulla qoyun aldı, saxlanıldı – VİDEO – FOTO
"Mail Naxçıvanski"nin qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO
Ata məhkum oğluna narkotik gətirdi
Azərbaycanda qadın professor həbs edildi
Xanım boksçumuz barəsində cinayət işi açıldı
Yasamalda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı