Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı

Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən Minval.İnfo-ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılıb.
Araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyən edilib.
E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılmış “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi