“Bakıda qəza törədib qaçmaq olar?”
Müğənni Nazim Pişyari qəza qtörətməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
N.Pişyari Unikal.org-a açıqlamasında qəzanın baş verməsini təsdiqləyib. O, hadisə ilə bağlı geniş açıqlama verməsə də qəza törətdikdən sonra qaçması ilə bağlı məlumatı belə şərh edib:
“Yox, qaçmamışam. Nə qaçmaq? Biz hansı dövrdə yaşayırıq ki, qəza törədib hadisə yerindən qaçaq? Özü də Bakı şəhərində! Bu gün paytaxtımızın hər yeri kameradır. Sizcə bu kameraların altında qəza törədib, qaçmaq olar? İnşallah bu hadisə ilə bağlı daha geniş açıqlama verəcəm”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində qəza törədib. Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib.Zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda