Bakıda parklanma qiymətlərinə yenidən baxılır - Video
Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir.
Bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər təşkil edilmiş yüzlərlə parklanma yerini təhvil alıb.
Agentliyin sektor müdiri Mais Ağayev deyib ki, hazırda parklanma yerləri mütəxəssislər tərəfindən təhlil edilir. Təhlillərdən sonra nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bundan əlavə, parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək. Parkinq tariflərinə yenidən baxılacaq.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Sürücülər bildirirlər ki, hazırda paytaxtda olan parkinq yerlərinin bəziləri sıxlıq yaradır. Səbəb də onların düzgün yerdə təşkil edilməməsidir.
Bakı Nəqliyyat Agentliyinin hökumətə təqdim etdiyi təkliflər qəbul ediləcəyi təqdirdə hansı effekt verəcəyi maraqla gözlənilir.
https://youtu.be/PrwjZiFy1U8
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var