Bakıda ölən məktəbli qız həkim qurbanı olub - İDDİA-VİDEO

Xəbər verdiyimiz kimi, Bakının 162 saylı orta məktəbinin rus bölməsinin 8-ci sinif şagirdi Elina adlı qız özünü həmin məktəbin 3-cü mərtəbəsindən atıb.
Ağır xəsarətlər alan məktəbli qız təcili Kliniki Tibbi Mərkəzə (keçmiş Semaşko) çatdırılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Məktəbli qızın yaxınlarının verdiyi məlumata görə, ona xəstəxanada heç bir tibbi yardım göstərməyiblər. Əksinə bir sutka onun ağır vəziyyətdə olduğunu yaxınlarından gizlədiblər. Nəticədə isə qızcığaz bir sutka sonra həmin xəstəxanada dünyasını dəyişib.
Məlumatda bildirilir ki, məktəbdə bir qrup sinif yoldaşı mütamədi olaraq Elinaya “lesbiyanka”, “peysər” deyə onu təhqir edirmişlər. Buna dözə bilməyən qız sonda intihar etməyə qərar verib və özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Elinanın yaxınları onun öldüyü palatadan çəkilmiş videonu sosial şəbəkə paylaşıblar.
Yenicag.az xəstəxanadan olan video görüntünü təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda