Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan xalaoğlular - FOTO
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik mnaddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əvvəlcə daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb. E.Zərbəliyevə narkotik vasitəni satmış, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb. Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb. Polis əməkdaşları tərəfindən Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı külli miqdarda 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb götürülmüşdür. Bu əməliyyat zamanı ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
