Bakıda narkotik alqı-satqısı ilə məşğul olan qohumlar saxlanılıb
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan qohumlar saxlanılıb
Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Minval.info xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb. Onun üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin də üzərindən narkotik maddəə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır. Qeyd edək ki, V.Həsənovdan həmçinin bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi



