04.11.2026 - 11:34
AZAL-a dotasiya 20 %-ə yaxın artırılır
İqtisadiyyat 95 baxış

AZAL-a dotasiya 20 %-ə yaxın artırılır

Gələn il Azərbaycanın dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiya məbləği bu illə müqayisədə 19,5 % artaraq 7,1 milyon manata çatdırılacaq. Baku.ws-ın məlumatına görə, bu artım 2027-ci ilin büdcə zərfinin layihəsində nəzərdə tutulub.

Sözügedən layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur. Layihə çərçivəsində “Azərbaycan Hava Yolları”na ayrılacaq dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, həmçinin Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlərdən yaranan zərərin ödənilməsinə yönəldiləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: