Bir qrup şəxsin hesabına hər ay pul köçürüləcək - Kimlər müraciət edə bilməz?
Azərbaycanda sosial həssas qrupa aid olan birinci kurs tələbələri üçün yeni təqaüd proqramı elan edilib. Proqram çərçivəsində seçiləcək 20 tələbəyə aylıq 200 manat təqaüd veriləcək.
Publika.az-ın məlumatına görə, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı ilə həyata keçirilən bu proqram bakalavriat səviyyəsinin birinci kursunda əyani təhsil alan tələbələrə yönəlib.
Proqrama müraciət etmək üçün namizədlərin Azərbaycan vətəndaşı olması, ali təhsil müəssisələrinə qəbul imtahanında minimum 600 bal toplaması, sosial həssas qrupa aid olması və könüllülük kimi fəaliyyətlərdə iştirak etməsi tələb olunur.
Əlavə olaraq, namizədlərin ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olması və ya valideynlərini itirmiş, əlilliyi olan və ya uşaq evində böyümüş şəxs olması lazımdır. Digər bir şərt isə namizədin valideynlərinin əlilliyi olması, işsiz kimi qeydiyyatda olması və ya sosial müavinət almasıdır.
Proqram üç mərhələdə – onlayn müraciət, qiymətləndirmə və müsahibə əsasında həyata keçiriləcək. Müraciətlər 17 noyabr 2026-cı il tarixinədək qəbul edilir. Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlananlar bu proqrama müraciət edə bilməzlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL-a dotasiya 20 %-ə yaxın artırılır
Azərbaycanda 2027-ci il müdafiə xərcləri açıqlandı
Türkiyədə milyard dollarlıq fond qalmaqalında "cinayətkar şəbəkə" aşkarlanıb
İranda hərbi gərginlik: Azərbaycanda ərzaq bahalaşa bilər
Türkiyə 2027-ci il strategiyasında 13 turkorn yaratmağı hədəfləyir
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq