Bakıda məşhur şirkət müştərini ələ saldı - FOTOFAKT
İnsanlar havalar isinən kimi dondurma yemək eşqinə düşür. Lakin ölkədə istehsal olan bəzi dondurmaların vəziyyəti heç də ürəkaçan deyil. Buna sübut kimi, ötən günlərdən birində mağazalarda satılan bu məhsullardan birinin üzərində istehsal tarixinin yanlış yazılmasını misal göstərmək olar.
Minval.info xəbər verir ki, bu dəfə paytaxt mağazalarından birində satılan “dondurma” özünəməxsusluğu ilə seçilib. “Bakılı qız” dondurması alan paytaxt sakini Tural Allahverdiyev sürprizlə qarşılaşıb. O, məhsulun kağızını açdıqdan sonra dondurmadan çox vaflinin olduğunu görüb.
Qeyd edək ki, “Bakılı qız” dondurması “Camal Ltd” şirkəti tərəfindən istehsal olunur. Bu şirkət daha çox “İceland” ticarət markası ilə tanınır.
Minval.info “Camal Ltd” ilə əlaqə saxlamağa çalışıb, lakin şirkətin rəsmi saytında qeyd olunan nömrələrin heç birinə zəng çatmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yağış, qar yağacaq - Sabahın HAVASI
Xəzəri çirkləndirənləri hansı cəzalar gözləyir?
Sabiq azərbaycanlı nazir koronovirusu təriflədi - Müsahibə
Un məmulatlarının qiyməti ilə bağlı qərarda dəyişiklik
