Bakıda mənzil bazarında qiymətlər dəyişəcək
2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub.
Trend-in məlumatına görə, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Fevral ayı ərzində ilkin mənzil bazarında bahalaşma 1%-dən çox olub, ilin əvvəlindən isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Ehtimal edilir ki, bu tendensiya il ərzində davam edəcək”.
N.İbrahimovun sözlərinə görə, torpaq bazarında da mövsümi artım müşahidə olunur. Eyni zamanda təkrar mənzil bazarında azalma var.
Ekspert bildirib ki, avtomobil bazarında, ilin əvvəlindən artım müşahidə edilirdi, amma fevral ayında qiymətlərdəki stabilliklə əlaqədar bir 1,8 faiz azalma var.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı