Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz olacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 11-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-dən başlayaraq 12-si günün birinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sürücülərin nəzərinə: Avtomobillər bu istiqamətdən Bakıya buraxılmır - VİDEO
Binəqədidə yanğın olub
DİN sürücülərə xəbərdarlıq etdi
Bakıda bacısını öldürən məmur oğluna bir il iş verildi
Sabahın hava proqnozu
Bakıda küçəyə Xarıbülbül adı veriləcək