Bakıda kişini ölümcül döydülər: DİN HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Bakıda küçənin ortasında kişi ölümcül döyülüb.
BAKU.WS xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə Nəsimi rayonu üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb:
“Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.
Qeyd edək ki, döyülən şəxs ölməyib. O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəmkirdə istixanada yanğın: FHN operativ müdaxilə etdi
Marketdə çörək rəfində ilan təlaş yaratdı
Şəkidə ziplayn faciəsi: Mərkəzdən ilk açıqlama
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman