Bakıda kəskin qoxu yayıldı — Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə şikayət daxil olub. Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri avqustun 31-də və sentyabrın 1-də zavodun ətraf ərazilərində monitorinq keçirib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürüblər. Analizlər nəticəsində havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.
Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.
Araşdırma zamanı məlum olub ki, iy-qoxu zavodun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində 202-305 saylı qurğulardan gələn 500 millimetrlik boru xəttinin müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində dəyişdirilməsi zamanı havaya yayılıb.
Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən nazirlik ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan “məcburi göstəriş” verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?