Bakıda isti hava dalğası: 38 dərəcəlik rekord istilik gözlənilir!
Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi günorta saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 23-26° arasında dəyişəcək, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsində qalacaq, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Ölkənin digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə günorta saatlarında qısamüddətli yağış və şimşək gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq yerlərdə duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə temperaturu 22-26°, gündüz isə 33-38° arasında dəyişəcək. Dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır