Bakıda iş adamı və keçmiş MTN əməkdaşı güllələnərək öldürüldü - Təfərrüat
Bakıda iş adamı qətlə yetirilib.
Trend xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus “Hyundai” markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.
Sputnik Azərbaycanın yazdığına görə, o, əvvəllər ləğv olunmuş MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı