Bakıda ictimai nəqliyyatda ekoloji inqilab: Yeni cng avtobuslar yola çıxır
Bakının ictimai nəqliyyat sistemində yeniliklər davam edir. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Xətai rayonunun Polad Həşimov küçəsinə xidmət göstərən 51 nömrəli və Zabrat qəsəbəsinə gedən 118A nömrəli marşrut xətləri üzrə avtobuslar yenilənir.
Minval.info xəbər verir ki, bu dəyişikliklər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilir. Avqustun 4-dən etibarən, bu marşrutlarda müasir və ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Sərnişinlər hər iki marşrutda nağdsız ödəniş sistemindən istifadə edərək, 0,60 manat gediş haqqı ilə səyahət edə biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır