Bakıda Hindistanlı iş adamlarının başına oyun açdılar
Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.
“Report”un xəbərinə görə, iş adamları – “Marvel Group” MMC-nin rəhbəri Paul Boney və “Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.
Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026