Bakıda gecə klubundan çıxan iki qadına təcavüz etmək istədilər - TƏFƏRRÜAT
Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Minval.info” “Ölkə.Az”-a istinadən xəbər verir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.
İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib. Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər.
Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü – Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu