Bakıda gənclərin ölüm mənbəyi olan "PlayStation" klublar...
Ötən ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Hansı məkanlarda siqarət çəkməyin qadağan olunduğu müəyyən edilib. Bir çox obyektlərdə sözügedən qanuna riayət olunmağa başlanıb. Lakin çox keçmədi ki, bəzi məkanlar üçün siqaret qadağası “qüvvədən düşdü”.
Minval.info xəbər verir ki, qanuna məhəl qoymayan obyektlərdən öndə gedəni “PlayStation” oyun klublarıdır. Gənclərin böyük əksəriyyəti siqaret aludəçisidir və onların ən çox üz tutduğu yerlərdən biri məhz bu obyektlərdir. O zaman “PlayStation”lardakı vəziyyəti təsəvvür etmək heç də çətin deyil.
Bu obyektlərdə bir kompüterdə rahatlıqla 4 nəfər oyun oynayır. Yalnız onların hər biri siqaret çəkərsə, oranı tüstü-duman bürüyür. Hələ tütünün qoxusu da bir yana… Üstəlik, burada növbəsini gözləyən müştərilər də vaxtlarının getməsi üçün siqaretlərini alışdırıb tüstüləyirlər. Yaranan ab-hava ciddi xəstəliklərin yaranmasına səbəb olan böyük amillərdən biridir.
Maraqlıdır ki, bu obyektlərin əksəriyyətində havaçəkən belə quraşdırılmayıb.
Qeyd edək ki, qanuna əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Həmçinin siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxsləri dörd yüz manat məbləğində, hüquqi şəxsləri isə min manat məbləğində cərimə gözləyir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı