Bakıda fırıldaq - Ayaqqabı almaq istəyən qadını belə aldatdılar - FOTOLAR
Bakı sakini işbazların oyununa gəldiyini söyləyir. O, pulunu ödədiyi məhsulu onlayn satışla məşğul olan şəxsdən ala bilmədiyini deyir.
Minval.info xəbər verir ki, “Instagram” platforması üzərində satış həyata keçirən “Passionis_ayaqqabi” səhifəsinin fırıldaqçılıq etdiyi iddia olunur. Belə ki, Bakı sakini S.H adıçəkilən sosial media hesabından ayaqqabı almaq istəyib. O, səhifə admininə alacağı məhsula baxdıqdan sonra ödəniş edəcəyini söyləyib. Lakin qarşı tərəf bununla razılaşmayıb. Admin bildirib ki, ödəmə terminalı vasitəsilə pul hesaba köçürülməli və qəbzin şəkli çəkilib “Instagram”la göndərilməlidir. Daha sonra alınan ayaqqabı müştərinin ünvanına çatdırılacaq.
Şikayətçi şübhləndiyini bildirsə də, ayaqqabı almaqdan vaz keçmədiyini söyləyib:
“Mən nəsə şübhələndim ki, burada nəsə fırıldaq var. Amma dedim, səhv fikirləşirəm. Qızdan kodu istədim və Minay Seyidova adına ödəniş etdim. Mənə problemin olmayacağına söz verdilər. Dediklərinə uyğun, terminalla pulu hesaba köçürdüm və qəbzin şəklini çəkib göndərdim. Məndən ünvanımı və əlaqə nömrəmi istədilər. Çatdırılma vaxtını səhər saat 11-ə danışdıq. Lakin işim çıxdığına görə, onlara yazdım ki, günorta ssat 2-yə gətirsinlər. Amma cavab gəlmədi. Şübhələrim artdı. Hər ehtimala qarşı saat 11-də evdə oldum. Səhifə admini xətdə ola-ola mənə cavab vermirdi. Axırda yazdım ki, sizi polisə verəcəyəm. Bu zaman cavab gəldi ki, nəsə problem olub. Lakin indiyə qədər ayaqqabını gətirməyiblər”.
Şikayətçinin sözlərinə görə, “Passionis_ayaqqabi” səhifəsi və onun sahibəsi Minay Seyidova insanları aldatmağa davam edir.
Qarşı tərəflə əlaqə qurmaq cəhdlərimiz boşa çıxdı. Göstərilən əlaqə nömrəsinə zəng çatmır, mesajlara cavab verilmir.
Samir Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın tanınmış kinooperatoru Amin Novruzov vəfat etdi
Bakı və Abşeronda su təchizatı yenilənir
Bakıda BMT-nin İqlim Həftəsi: Qlobal Dəyişikliklər
Azərbaycanda texnologiya universiteti təklifi gündəmdə
Bakıda yeni M7 ekspress marşrutu istifadəyə verilir
Bakıda qadın avtomobilə hücum etdi - Video yayıldı
Bakıda xəyanətə qəzəblənən qadın maşınını dağıtdı




