Bakıda fantastik qiymətə kirayə bağ evləri - Qiymətlər - Fotolar
“Artıq demək olar ki, bütün bağ evləri icarəyə verilib”.
Minval.info xəbər verir ki, bu sözləri Lent.az-ın suallarını cavablayarkən daşınmaz əmlak üzrə ekspert Mehriban Fərəcova deyib. O bildirib ki, xüsusən də yay aylarında bağ evlərinə tələbat çoxalır:
“Bu onunla əlaqədardır ki, əksər ailələr birlikdə xaricə səyahət edə bilmirlər. Bu səbəbdən də onlar kirayə bağ evi götürüb, dincəlirlər. Bəzən bir bağ evini, bir neçə ailə götürür, bəzən də müəyyən qədər dostlar yığışıb icarəyə götürürlər.
Mən uzun illərdir ki, bağ evləri ilə məşğul oluram və görürəm ki, bu evlərə ilbəil maraq daha da artır. Xüsusən də dənizə daha yaxın olan yerlərdə bağ evlərinə tələb çox olur”.
M.Fərəcova əlavə edib ki, tələbatın çox olması qiymətlərə də təsir edir:
“İsti havalarda payız-qış aylarındakı qiymət 2-3 qat artır. Qiymətlər şəraitə, otaq sayına, həyətdə hovuzun olmasına və s. görə dəyişir. Bir aylıq kirayəsi 20 000 manatdan da çox olan bağ evləri var, onların hamısına isə rahatlıqla müştəri tapılır.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Son olaraq deyim ki, bağ evlərinə turistlərin də maraqları böyükdür və onlar isti aylarda daha çox bu evləri icarəyə götürürlər”.
Bir neçə əmlak saytlarında paytaxt ətrafı ərazilərdə yerləşən bağ evlərinin aylıq kirayəsi minimum 200 manatdan, günlük kirayəsi isə 70 manatdan başlayır.
Həmçinin bahalı bağ evlərinin günlük qiyməti 200 manatadək, aylıq qiyməti isə 15 000 manatadək təklif edilir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
