Bakıda ev satışı mübahisəsi: Oğul atasını döydü
Bakıda evini satmaq istəyən bir şəxs oğlu tərəfindən döyülüb. Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 1988-ci il təvəllüdlü Elman Ağayev işdən evə qayıdarkən atasının evi satmaq istədiyini öyrənib. Atası, evi sataraq İsmayıllı rayonuna köçmək niyyətində olduğunu təsdiqləyib. Elman bu qərara etiraz edərək, evi satmağa imkan verməyəcəyini bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb və Elman atasına fiziki xəsarət yetirib.
Minval.info xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və Elman Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesində ata və oğul arasında barışıq əldə olunub və cinayət işinə xitam verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi