Bakıda ev almaq istəyənlər üçün xəbərdarlıq: Qiymətlər nə zaman enəcək?
2026-cı ilin sonuna qədər Bakıda mənzil qiymətlərinin azalması proqnozlaşdırılmır. İqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, qiymət artımının davam edəcəyini vurğulayıb.
Minval.info xəbər verir ki, Vüqar Oruc, mənzil bazarında qiymətlərin enməsi üçün heç bir əsasın olmadığını qeyd edib. Onun sözlərinə görə, iqtisadi və makroiqtisadi faktorlar, eləcə də daşınmaz əmlakın investisiya cazibədarlığı qiymətlərin yüksək qalmasına səbəb olur.
Ekspert əlavə edib ki, ilin sonuna qədər bəzi ərazilərdə qiymət sabitliyi müşahidə olunsa da, ümumi tendensiya artım istiqamətində olacaq. O, yeni metro stansiyalarının tikintisi, tramvay xətlərinin inşası və nəqliyyat imkanlarının yaxşılaşdırılması kimi infrastruktur dəyişikliklərinin mənzil qiymətlərinə təsir edəcəyini bildirib.
Vüqar Oruc, mənzil almaq istəyənlərin məqsədlərinə uyğun olaraq fərqli ərazilərə üstünlük verə biləcəyini də qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır